Sumqayıtda müxtəlif xəstəliklərə səbəb olan oturacaqlar niyə yığışdırılmır? – FOTOLARbackend

Sumqayıtda müxtəlif xəstəliklərə səbəb olan oturacaqlar niyə yığışdırılmır? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heydər Parkında və Sumqayıt Bulvarında quraşdırılan dəmir oturacaqlar uzun illərdir insanların sağlamlığına zərər vurmaqda davam edir. Bu oturacaqlar parkların əsas sakinlərinin- müxtəlif xəstəliklərdən əziyyət çəkən yaşlı insanların ömrünü bir qədər də qısaldır. Mətbuatda xəstəlik mənbəyi olan bu oturacaqlar haqda dəfələrlə yazılar dərc olunsa da, yerli icra hakimiyyəti və müvafiq qurumlar tərəfindən heç bir tədbir görülməyib”.

Bu barədə bir qrup Sumqayıt sakininin “AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Həmin məlumatları kiçik ixtisarla təqdim edirik: “İctimai yerlərdə quraşdırılan oturacaqlar əsasən taxtadan olur ki, insanlar üşüməsin. Adətən yaşlı insanlar betonun və ya başqa bir soyuq səthin üzərində oturan uşaqlara cidi-ciddi məsləhət görürlər ki, “dur ordan!, yoxsa xəstəlik taparsan”. Həqiqətəndə bu cür oturacaqlarda 5 dəqiqə əyləşmək, bir ömür boyu sağalmayan xətəliklərə səbəb ola bilər.

İnandırıcı deyil ki, məsul şəxslər bu cür oturacaqlardan xəbərsiz olsunlar. Sakinlər üçün yararsız olan bu cür oturacaqları sifariş verən məsul şəxslər tam fərqindədirlər ki, nə alırlar. Bu cür metal oturacaqlara ayrılan pula normal, ziyansız oturacaqlar almaq olardı. Bəlkə də, araşdırılsa dövlət büdcəsindən bu cür oturacaqların bazar qiymətindən dəfələrlə baha qiymətə alındığı, buna on minlələrə manat vəsait sərf olunduğu üzə çıxar”.