Sumqayıtda məktəblilərin intellektual yarışı keçiriləcək-Qeydiyyat başladıbackend

Sumqayıtda məktəblilərin intellektual yarışı keçiriləcək-Qeydiyyat başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HedaCore” İOK-un təşkilatçılığı, “Lider Hazırlıq Mərkəzi” və “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin dəstəyi ilə 11 aprel tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıtın əfsanəvi “Yuxu” qrupuna həsr olunmuş intellektual yarış keçiriləcəkdir. Yarışdan öncə “Yuxu”nun və Azərbaycanın rokunun yaradıcısı İbrahim Eminin davamçısı Elçin Emin, jurnalist İmran Kərimli və şəhərimizin dahi şairi Xan Rəsuloğlu yarış barədə fikirlərini bizimlə bölüşəcək və yarışın ədalətli şəkildə keçirilməsinə nəzarət edəcəklər.
Yarışa Sumqayıt şəhərində təhsil alan bütün 9-cu və 10-cu siniflər qatıla bilər. Qəbul 2 mərhələdə aparılacaqdır:
– Qeydiyyat
– Müsahibə
Siz öz komandanız ilə birlikdə formu dolduraraq bu möhtəşəm yarışda iştirak edə və kuboka sahip ola bilərsiniz. Təbii ki, qalib ola bilməyənləri də bu yarışda iştirak etdikləri üçün sertifikatla təltif edəcəyik. Elə isə komandanızı yığın və qeydiyyatdan keçin.
Qeydiyyat üçün son tarix: 6 aprel 23:59
⬇️Qeydiyyat və ətrafı məlumat üçün link:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdiay6CM7diHdtqZPZyL4KzN-oiH41wYdLKkFx77AnXHcuIWA/viewform?fbclid=IwAR31wi7kSLKzKwmhGb6Wj-yXdQ7Crt0Cq5V01kGIatefAYcihiEPBG8j__Q_aem_AerPzPCXkS7ALjLGphydpA60YSgPms2mLXrtKfQ5rk6YlJpCiuzVUI8EQUFKLksEj6AVCxSTzjGRpWNqVNuG0Zu0