Sumqayıtda kurs rəhbəri dələduzluq edərək vətəndaşların pullarını mənimsəyib. Bu haqda sumqayit24.az-a məlumat daxil olub.
Özünü “Sumqayıt Business Center”də yerləşən “ZM Language Centre” özəl kursunun rəhbəri kimi təqdim edən Zərinə Səfixanova müəllim, müəllim köməkçisi kimi vəzifələrə işə düzəltmək adı ilə vətəndaşlardan fərqli miqdarda pullar alıb.
Z. Səfixanova zərərçəkənlərə 1-2 dərs müəllimlik kursu keçir, sonra isə sertifikat vermək və gələcəkdə işlə təmin etmək adı ilə 300-400 manat pul alır.
Həmçinin Z. Səfixanova guya ki xəstə uşağının əməliyyata ehtiyacı olduğu üçün vətəndaşın etibarından sui-istifadə edərək 5000 manatdan çox pulu mənimsəyib.