Sumqayıtda küçədən meyit tapılıb.
ONA-nın məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Pərviz Sultan oğlu Rəhimovun meyiti küçədə aşkar edilib. Onun yüksək dozada narkotikin təsirindən öldüyü ehtimal edilir. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.