“Baş prokuror Zakir Qaralov şəxsən Sumqayıtın icra başçısı Zakir Fərəcova müraciətdə yazıb ki,bizə dəyən ziyan ödənilsin,amma heç bir tədbir görülməyib”.
Məhkum xahiş edib ki,onun işinə yenidən sadəcə baxılsın,hakim isə onu şərti azad edib…
“”Karvan”da yanğına görə həbs edilən İ.Bayram 4 il 7 ayını məntəqə tipli məntəqədə cəza çəkmək əvəzinə yenə də ”Karvan” da yerpulu yığır”
“”Karvan”da sahibkarlar indi də sığortalanmayıb”,yanğın təkrarlana bilər”
TİA.AZ-ın redaksiyasına Sumqayıt şəhər sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva redaksiyamıza müraciət edərək bildirirlər ki, 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşməkləri həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də onlara dəyən zərər ödənilmir.
Onlar şikayətlərində qeyd edirlər ki, göstərilən konkret məbləğ- ümumilikdə onlara dəyən 325 min manat rəsmən təsdiqlənib ,bununla “Karvan” Ticarət Mərkəzinin rəhbəri də etiraf edib razılaşsa da , bu pulu ödəməli olduğu halda 5 ildir ödəmir.
Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da baş vermiş yanğın nəticəsində 1000-ə yaxın ticarət obyekti yanıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər isə yaralanıb.
Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəyib. Bu yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanmışdır.
O, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, üç mərtəbəli, ümumi sahəsi təxminən 35000-40000 kv.m olan ticarət mərkəzində yanğın saat 19:20 radələrində , sahibkarlar dükanlarını bağlayıb gedəndən sonra baş verib. Yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.
Sahibkarlara dəyən 15 milyon manata qədər zərər məhkəmə ekspertizası tərəfindən təsdiqlənib.
O zaman ticarət mərkəzinin rəhbəri Ağamirzə Əhədov (2016-cı ildə dünyasını dəyişib)bildirib ki, dəyən zərərə görə “Azsığorta” şirkəti tərəfindən ediləcək ödəniş Ticarət Mərkəzi və burada çalışan sahibkarlar arasında bölünəcək.
Yanğından böyük miqdarda ziyan çəkən 368 sahibkar məhkəməyə müraciət etsə də sonradan 3 sahibkardan başqa hamısı ,onlara dəyən ziyan tanınsa da, şikayətlərini geri götürüb,cavabdehləri bağışlayıblr ki,bu özü də müəmmalı və qəribədir.
“Karvan” ın 1-ci mərtəbəsində 2006-cı ildən pal-paltar ticarəti ilə məşğul olan,yanğın zamanı 170 min manat ziyana düşən Şiralı Əsgərov bildirir ki, isti-isti ,ilk vaxtlarda yanğından çox az qism sahibkara ,təxminən 15 nəfərə ,hansılar ki,böyük məğləğdə ziyana düşüb və əsas da,çox güman ki,”yuxarıda” adamları olduğuna görə müəyyən məbləğ ödənilib .
“Amma əksəriyyətinə, o cümlədən; mənə , 15 kvadratmetrlik mağazasında 55 min manatlıq malı yanan ,ayaqqabı ticarəti ilə məşğul olmuş Füzuli Quliyevə və 15 ildir “Karvan”da qab-qacaq satışı ilə məşğul olan, yanğın zamanı 100 min manat ziyana düşən Dilavər Abdullayevaya “Karvan” Ticarət Mərkəzinin rəhbəri bir qəpik də pul verməyib.
Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədovun özünün də bizə dediyi kimi həmin ziyanı ödəməyə pulu yoxdur.
Halbuki biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik, “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik, vergi ödəyicisi olaraq illərlə dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında ödəmişik və bununla bağlı qəbzlərimiz də var.
Amma hüquqi şəxs kimi “Karvan” Ticarət Mərkəzinin rəhbəri sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olsa da kimlərəsə arxalanaraq indi onlara dəyən zərəri ödəmək istəmir,bəhanə gətirir ki,”pulum yoxdur.
Halbuki bildiyimizə görə hər ay “Karvan” dan 2 milyon pul yığılır və pulun olmaması bu baxımdan inandırıcı deyil”, -məhkəmə proseslərində icarədar Əsgərova Töhfənin nümayəndəsi ,onun həyat yoldaşı Şiralı Əsgərov bildirir.
Şiralı Əsgərov deyir ki,hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi:
“İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi.
Orta təhsili belə olmayan İ.Bayramovu isə həbs etdilər. İ.Bayramovun sonradan dedyinə görə bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apellyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəza ağırlaşdırılsın. Lakin iddia təmin olunmadı. İ.Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur? “
Bundan başqa zərərçəkmişlər Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan şikayətçidirlər.Belə ki, məhkum İ.Bayramov həbsxanadan 2016-cı il noyabrın 10-da Ali Məhkəməyə müraciət edərək xahiş edib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarından (bu qərarla o 5 il 6 ay azadlıqdan məhrum edilib)işin yeni məhkəmə baxışına qaytarılmasına dair qəbul edilsin. Ali Məhkəmənin hakimi İnqilab Maşallah oğlu Nəsirovun sədrliyi ilə 16 fevral ,2017-ci il tarixində keçirilən məhkəmə kollegiyası da kassasya şikayətini “qismən”təmin edərək daha işin yeni məhkəmə baxışına qaytarılması haqda yox,gülməli və məntiqsiz olaraq ümumiyyətlə məhkumun cəzasının yumşaldılması haqda qərar verib,onu demək olar ki,azadlığa buraxıb.Halbuki məhkum heç bunu xahiş edib istəməyib…
Həqiqətən analoqu olmayan bir qərardır…
Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib: “Onların bir qisminə bazarda yer də verildi və yenidən işlərinə davam etdilər. Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilmədi. 2013-cü ildən bəri 3 nəfərik ki, bütün instansiyaları keçsək də şikayətimiz təmin olunmur. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edilmədi. Eyni zamanda bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Xeyli sayda şəxsə borcumuz var. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.
Təqdim etdiyimiz,masanın üstündəki ,sahibkarların xeyrinə olan bir topa sənədlərdən də görmək olur ki,onların şikayətləri rekord sayda-minlərlə olsa da bəzi məmurların,hansısa “böyük bir sirli qüvvənin” səbəbindən öz halal pullarını ala bilmirlər.
3 sahibkarın döymədiyi qapı,müraciət etmədiyi dövlət qurumu qalmayıb,amma onlara dəymiş ziyanı heç kim “Karvan”ın rəhbərinə ödətdirə bilmir.
Zərçəkmiş sahibkar Füzuli Quliyev deyir ki:
“Mən şəxsən şikayətimlə bağlı dəfələrlə prezident İlham Əliyevə, müraciət etmişəm,amma birmənalı olaraq bir dəfə də olsun nə mənə,nə də digər 2 zərərçəkmişə ki, heç bir cavab gəlməyib.
Mənim fikrimcə bu 5 il ərzində mənim ölkə başçısına ünvaladığım yüzlərlə rəsmi şəkildə məktuba, ərizəyə,teleqrama ona görə cavab gəlmir ki,onlar ünvanına çatmır.
Bu şikayətlər çox güman kənara qoyulur və ya onların çatmasına imkan vermirlər,qoymurlar.Çünki əks halda mən inanıram ki,mənə ən azından problemimlə bağlı prezidentə, birinci xanım,vitse-prezident Mehriban Əliyevaya ünvanladığımız müraciətlərə mütləq cavab gələrdi.
Mən,deputatlar Qənirə Paşayevaya ,Yevda Abramova ,digər deputatlara aidiyyatı qurumlara ,məsul məmurlara yüzlərlə müraciət etmişəm. Amma bütün bu müraciətlər cavabsız qalıb,ya da deyilib ki, araşdırılacaq.
Prezident Administrasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi,kuratoru ,dəfələrlə danışdığım Vafadar Bağırov mənimlə telefon danışığında şəxsən mənə dedi ki,bu məsələ prezidentə aid məsələ deyil,prezident o işlərə baxmır.Ancaq məlumdur ki,prezident dəfələrlə sahibkarlara qayğı və diqqətin dövlətimizin inkişafı üçün vacib olmasını qeyd etmiş, dəfələrlə deyib ki, sahibkarlara qayğı göstərilməli, onların fəaliyyətinə süni maneə yaradılmamalıdır: “Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır.” Bu sözləri deyən prezident ola bilməz ki, Vafadar Bağırov dediyi kimi “belə şeylərlə” məşğul olmasın,çünki möhtərəm prezident hər bir vətəndaşın prezidentidir.
Elə bizim də sonda prezidentə müraciət etməyimizin kökündə çoxsaylı insansiyalara,məsul şəxslərə müraciətlərimizin heç bir xeyri olmaması durur.
Sual oluna bilər ki,biz niyə mallarımızı vaxtında sığortalamamışıq?!Buna cavab olaraq bildirim ki,o zaman hələ sığorta sistemi tam təkmilləşməmişdir.Ən əsası isə “Karvan” Ticarət Mərkəzi o zaman MMC idi və onun nizamnaməsi də bizim ayrılıqda hansısa sığorta şirkəti ilə müstəqil şəkildə müqavilə bağlamağa imkan,yol vermirdi,biz icazəsiz mağazamıza bir mismar belə vura bilməzdik və heç bir sığorta şirkəti ayrıca risk edib dükanımızı sığortalamazdı.
Bildiyimə görə “Karvan” da sahibkarlar heç indi də sığortalanmayıb.Bununla da çoxu “çörəkpulları” ,ailələrini dolandırmaq üçün heç olmasa müəyyən qazanc yerlərini itirməmək xatirinə razılaşırlar.
Biz məhkəməyə müraciət etməzdən əvvəl Ağamirzə Əhədovla görüşdük və o söz verdi ki,dəymiş ziyanı hissə-hissə ödəyəcək. Amma sonradan boyun qaçırdılar.
Bu necə ola bilər ki,məsul şəxs ,hüquqi şəxs məlum ola-ola mənim qanuni haqqım,mənə dəyən ziyan niyə ödənilmir?!Mən qanunlara söykənmişəm ,dövlətçiliyə arxalanmışam və fikirləşirəm ki,dövlət də mənim arxamda durmalıdır”.
II qrup əlil olan Dilavər Abdullayeva bildirir ki,o xəstə-xəstə bu yaşında çoxsaylı məhkəmələrə gedərək öz haqqını tələb etməyə məcburdur,çünki “Karvan”da yanğın onu müflis edib ,maddi vəziyyəti ağırlaşıb.Yanan malların pulunu vermək üçün o evini girov qoyub bankdan pul götürmək məcburiyyətində qalıb və indi banka da pulunu 2 aydır verə bilmədiyinə görə bank onun evini əlindən almaq istəyir,ödəniş üçün vaxt qoyub:
“Əgər mənə dəyən yenə az olsaydı mən bəlkə də pulumu tələb etməkdən vaz keçərdim,amma mənə 100 min manat ziyan dəyib və ayrı-ayrı şəxslərə borcum var ki,mən onları ödəyə bilmirəm,ağır maddi vəziyyətə düşmüşəm. “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov öz binasını 2 milyona yaxın məbləğə ümumi sığortalaşmışdı və yanğından sonra pulunu da aldı.Amma bu puldan bizə heç nə verilmədi.
Şəxsən mənim evimə icradan gəlib dedilər ki,qoy sığorta pulunu alsınlar sizin pulunuz veriləcək, amma iki dəfə o pulu aldılar ,mənim isə pulumu vermədilər.
Dəhşətlidir ki,minlərlə şikayət ərizəsi yazılıb ,məsələ göz qabağındadır ,kimin kimə verəcəyi tam aydındır amma öz həllini tapmır…”
Şikayətçilər bütün mümkün instansiyalara müraciət edib, kömək ala bilməyincə məsələni bir neçə dəfə mətbuatda ictimailəşdirsələr də problemləri həll olunmayıb,ona görə də yenidən mətbuata müraciət etmək məcburiyyətində qalıblar.
Prokurorluğdan,məhkəmlərdədən də onlara deyiblər biz bacarmırıq…
Qeyd edək ki,zərərçəkmişlərin bu işlə bağlı müraciət etdiyi şəxslərin siyahısı ,ərizələrinin sayı qədər rekord qədər çoxdur: Millət vəkililəri Əli Hüseynli,Elmira Axundova ,Qənirə Paşayeva,Yevda Abramov, spiker Oqtay Əsədov, Milli Məclis sədrinin müavini Bahar Muradova , Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Sumqayıtdan seçilən millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, Baş Prokuror Zakir Qaralov, Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Sumqayıt prokuroru Sərdar İmanov,ombudsman Elmira Süleymanova…
Bu hələ 3 sahibkarın problemi ilə bağlı müraciət etdiyi dövlət adamlarının tam siyahısı deyil.
Misli görünməmiş qanunsuz məhkəmə qərarı
Şiralı Əsgərov qeyd edir ki,sığortadan əlavə rəhbər şəxs olaraq “Karvan İstehsalat Kommersiya Şirkəti” MMC-nin rəhbəri Ağamirzə Əhədov, onun oğlu Kamil Əhədov bilavasitə yanğın nəzarətinə tam məsuliyyətsiz yanaşıblar,heç bir təhlükəsizlik tədbiri görməyiblər:
“Sual doğurur nədən qaynaqlanır belə acı nəticə-dəhşətli yanğın?!
1 -cisi heç bir normativə uyğun gəlməyən ticarət mərkəzi tikilib orda.Yəni, ticarət mərkəzində elektirik naqilləri, havalandırma sistemi normal olmayıb, yangınsöndürən balonlar , yanğını söndürmək üçün su xətləri,su anbarı, su şırnağı olmayıb, ticarət mərkəzində yanğınla bağlı heç bir məlumat verilməyib ,təlim keçirilməyib,ticarət mərkəzində normadan artıq kondisioner olduğuna görə işıq naqilləri normativə uyğun olmayıb. Bütün bunların səbəbindən də yanğın ağır fəsadlara gətirib çıxardı. Əgər bütün sadalananlar olsaydı və sahibkarlara deyilsəydi ki, yanğın zamanı nə etmək lazımdır, bu qədər acı nəticə olmazdı,minlərlə insan külli miqdarda ziyana düşməzdi.
Yəni bu sahibkarların günahı yox ,məhz “Karvan”ın rəhbərliyinin günahı ucbatından baş verib.
Mən şəxsən 2015-ci il oktyabırın 5-də Ali Məhkəmədə İlham Cəfərovun sədirliyi ilə gedən prosesdə Fərhad Kərimova demişəm ki, yanğınsöndürmə məsuliyyəti üzərində olan cavabdeh şəxsə yanğınsöndürən 1 dənə balon verin və əgər o balonun istifadə qaydasını bilsə mən ərizəmi geri götürəcəm.Hörmətli sədr də onu sual etdi ki,”bililirsən?” Dedi “bilmirəm”. Hakim soruşdu “təlim keçmisən?”,dedi keçməmişəm.
FHN-nin təşkil etdiyi təlimlərdə də iştirak etməyib Yaxşı sən sənə aid olan şeyi bilmirsənsə onda sahibkar hardan bilməlidir yanğının qarşısını necə almaq lazımdır?!
8 ay həbsdə yatandan sonra “ayılıb “deyir ki ,”mənim təqsirim yoxdur, mənim boynuma qoyublar”,nə bilim mənə təzyiq ediblər-filan.Ona deyiblər ki, səni boynuva götür səni çıxardacayıq.İstintaqın da saxtakarlığı üzə çıxıb bu məsələdə .
16 fevral 2017-ci ildə İnqilab Nəsirovun apardığı məhkəmə prosesində kassasiya şikayətində o göstərir , “mən heç bir yanğınsöndürmə müqaviləsi görməmişəm qol çəkməmişəm, mənim üzərimə qoyublar, məcbur edib təzyiq göstəriblər”.Əgər təzyiq ediblərsə təzyiq edənlər istintaqa cəlb olunmalıdır və mühakimə olunmalıdır. Hakim İnqilab Nəsirov İsməli Bayramovun istəyini nəzərə almır, amma absurd qərar çıxararaq onun cəzasını aşağı salır “günahsız ola –ola” onun 4 il 7 ay məntəqə tipli müəssisədə cəza çəkməsi haqda qərar verir. Amma o cəzanı orada çəkməli halda bu gün həmin ticarət mərkəzində işləyir və evində də yatır.Bu haqda biz Penitensiar Xidmətə də məlumat vermişik ki,faktı araşdırsınlar ,amma deyirlər ki,bu qanunidir. Onda bu cəzanı niyə verirlər ki, ona desinlər ki,get işinlə məşğul ol. Dediyinə görə saxta əmrlərdən xəbəri olmayıb. İstintaqin saxta gedişatı nəticəsində əsas günahkar – hüquqi şəxslər olan ticarət mərkəzinin rəhbərləri məsuliyyətdən kənarda qalıblar.İttiamı isə İsməli Bayramovla qarışıqlı razılaşma əsasında onun üzərinə qoyublar.İcraçı müavin Kamil Əhədov isə cəzadan kənarda qalıb.
İsməli həm də istintaqa yalan ifadə verib 9 ay məhkəməni aldadıb,yalan ifadələr verib ki,bununla bağlı da cinayət açılmalıdır.
Sumqayıtın dörd deputatı var , seçici olaraq təzə inşa olunan YAP binasına da getmişəm,deputatımız Tahir Mirkişiliyə də problemimizi demişik amma bizim problem həllini tapmayıb,elə hamısı deyir çalışarıq,araşdırarıq, məsələyə baxılacaq ,vəd verilir, müəyyən müraciətlər də olunur ,amma 5 ildir ortada heç nə yoxdur.Bu 5 ildə 1 qəpik də pul verməyiblər.Maddi vəziyyətimiz də ziyana düşdüyümüzdən çox acınacaqlıdır.
Sumqayıtı prokurorluğunda Kamil Əhədov dedi ki,”pulum yoxdur”.Bu inandırıcı deyil.Çünki hər ay “Karvan”da kirayə haqqı olaraq 2 milyondan çox pul yığılır.
368 sahibkar şikayət edib,bizdən başqa hamısı şikayətini geri götürüb,yazıblar ki,bağışlayırıq.
2016-cı ilin 5 oktyabrında İlham Cəfərovun sədrliyi ilə keçirilən məhkəmənin qərarında göstərilib ki,ittiham olunanın heç bir zərərçəkmişlə barışıq ərizəsi olmayıb.Razılıq ərizələrin hamısı “kopirovkadır”.Eyni məzmunlu ərizələrdə yazıblar ki,”bizə dəyən zərəri tələb etmirik,Bayramov İsməliyə yüngül cəza verilsin”.
Lakin Ali Məhkəmə bu ərizələrə etirazını bildirərək onu qəbul etməmişdir,ləğv edib və bunu onunla əsaslandırmışdır ki,bu razılaşma notarial qaydada öz təsdiqini tapmalıdır.
Bizə veriləcək pul “Karvan”nın rəhbərləri üçün böyük məbləğ deyil,sadəcə olaraq vermək istəmirlər”.
“Qanun kobud şəkildə bir neçə bəndlərdə pozulub.Məsələn, İsməli Bayramov həbsdə yata-yata ,məhkum kimi Ali Məhkəməyə şikayət verib ki,Sumqayıt Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə olan 20 may 2016-cı il tarixli işin yeni məhkəmə baxışına qaytarılmasına dair qəbul edilsin.
Ali Məhkəmənin hakimi məhkumun xahişinə baxmayaraq 2017-ci il fevralın 16-da keçirilən məhkəmədə qərar çıxararaq ona şərti cəza verib . Ancaq qanuna görə qarşı tərəfin razılığı olmadan məsələyə baxıla bilməz.Biz də etiraz ərizəsi vermişik ki,məsələyə baxılmasın.Ancaq hakim İnqilab Nəsirov bu qanuna məhəl qoymayıb .
Bundan başqa qanuna görə məhbus cəzasının ,səhv etmirəmsə ən azı 3,1 ya da 3,2 hissəsini çəkməlidir ki,bu da 2 ildən çox edir.O isə cəmi 8 ay “yatıb” ki,bu da bir başqa qanun pozuntusudur.Məhkəmə işində qanun pozuntularından bir böyük buket təşkil etmək olar.
İnqilab Nəsirov
İfadəsində İsməli Bayramov özü deyib ki,onu pul müqabilində aldatdılar.Ağamirzə öləndən sonra bütün ifadələr Ağamirzə Əhədovun üzərinə yönəldilib.Çox güman ki,bütün bunlar bazar rəhbərliyi ilə planlı şəkildə razılaşdırılıb.Proses 4 il gedib.Son qərar əsassızdır,tərkibi yoxdur. İsməli Bayramov cəzasının azaldılmasını yox, işə yenidən baxılmasını xahiş edib,çıxarılan qərar isə qanunvericildə nəzərdə tutulmayıb.
Azərbaycanda ilk olaraq qanunsuluğun möhürünü İnqilab Nəsirov vurub.
Bizim mülki qaydada etdiyimiz iddiamız təmin olunsa da baxılmamış saxlanılıb ki,bu da qanunsuzdur.Məhkəmə deyir ki,biz cinayət işinə baxırıq.
Biz haqq-ədalətin bərqərar olmasını istəyirik,bundan başqa nəinki qanunla,insani, mənəvi baxımdan bizə dəyən ziyanın ödənilməsi düzgündür”,- deyə şikayətçilər bildirir.
“2016-cı ilin dekabrın axırında Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.
2017-ci il yanvarın 30-u Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edərkən bizi də qəbul etdi. Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə bir az vaxt verin bu məsələni araşdıraram”,amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.
Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Baş prokuror şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni ödənilsin. Biz Sumqayıt icra hakimiyyətinə gedəndə məlum oldu ki,bu müraciət də , Qənirə Paşayevanın da, Ziyafət Əsgərovun da Zakir Fərəcova müraciəti icra hakimiyyətindəki qovluqdadır,amma əfsuslar olsun ki,icra olunmayıb .
Dəfələrlə Sumqayıt icra başçısının qəbuluna yazılmışıq,amma hər dəfə bizi qəbuluna yazıldığımız icra başçısı Zakir Fərəcov özü yox ,başqa bir məmurlar qəbul edir və heç bir tədbir görülmür.3 ildir Zakir Fərəcov icra başçıdır, 3 ildir dəfələrlə qəbuluna yazılsam da mən onunla görüşə bilmirəm.
Zakir Fərəcov indiyəcən hansı səbəbdən bizi vətəndaş olaraq qəbul etmir məlum deyil. Ancaq bizi hüquqşünaslar,məsələn Həzi adında bir hüquqşünas və ya başqası qəbul edir,onlar da deyirlər ki,bizim səlahiyyətimizdə deyil.
Sumqayıt icra başçısı Zakir Fərəcovun müavini Akif Quliyev isə dedi ki,”bu yanğın əvvəl ,keçmiş icra başçısının vaxtında olub,onlara dəxli yoxdur”.Halbuki bunun dəxli nədir?!Biz Sumqayıt sakiniyik və hal-hazırda da icra başçısı Zakir Fərəcovdur.
Baş prokurorla görüşdən sonra biz Sumqayıtın baş prokurorluğunda Sumqayıtın baş prokuroru Sərdar İmanovla görüşdük.Orda prokuror Kamil Əhədovdan soruşanda ki, “niyə ziyanı zərərçəkmişlərə ödəmirsiz?”,o dedi ki,”pulum yoxdur”.Bununla iş qurtarır,vəssalam.Elə bil kimsə onları himayədarlıq edir deyə biz halal haqqımızı ala bilmirik.
Sumqayıt icra başçısının müavini deyir ki,siz sığortaya,məhkəməyə müraciət edin.Məhkəmə isə bizim işin mülki qaydada etdiyimiz müraciətə baxmır.Cinayət işinin mülki hissəsini açıq saxlayır. İsməli Bayramova qarşı cinayət işi qaldırdılar,onu təqsiri sübut olunub,özü də etiraf edib.Əgər onun günahı yoxdursa onda günahkar müəyyən olunsun.İnqilab Nəsirovun verdiyi qərar qanuna tam ziddir.Əgər günahı yox idisə İsməli Bayramov niyə cəzalanır və sonra da demək olar ki,buraxılır?! Bunu da eyni hakim edir-İnqilab Nəsirov.Bu baxımdan İnqilab Nəsirovun son qərarı tam məntiqsiz,ədalətsiz qərardır.
Ona görə bu işə yenidən baxılmalıdır.”,-Şiralı Əsgərov bildirir.
Sahibkarların döymədiyi qapı,getmədiyi dövlət qurumu yer,yazmadığı insatansiya,görüşmədiyi yüksək vəzifəli məmur qalmayıb amma bütün bunlara baxmayaraq onların qanunla da təsdiq olumuş haqları təmin olunmur,”Karvan”ın rəhbərliyi pullarını 5 ildir vermir.Buna görə də onlar ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər:
“Hörmətli prezident, 2013-cü ildə Sumqayıtda “Karvan”da baş verən məlum yanğından sonra maddi,mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaşlar kimi sizdən xahiş edirik ki,bu məsələnin tez bir zamanda həll olunmasına göstəriş verəsiniz.Çünki bazarın hal-hazırki rəhbəri Kamil Əhədov dəfələrlə bizimlə görüşəndə deyib ki,”kimə gedib şikayət edirsiz,hara şikayət edirsiz edin,nə bilirsiz edin ,mən sizə pul ödəyən deyiləm,çünki sizin əlinizdə bir rəsmi sənəd yoxdur ki,mən ödəniş edim”.Biz bizə dəyən ziyanın ödənilməsini qanuni şəkildə tələb edirik.
Biz hüquqi dövlətdə yaşayırıq, amma məhkəmələrdə ,yerlərdə bəzi məmurlar bizim şikayətimizə laqeyd yanaşır,məhkəmənin çıxardığı qərarı icra olunmasına zərrə qədər səy göstərmirlər,şikayətlərimizə cavab da veriləndə yalnız o deyilir ki,məsələ araşdırılacaq .Amma məsələ həllini tapmır”.
“Mən Azərbaycan vətəndaşıyam və Azərbaycanda yaşayıram.Mən bizim ölkəyə qarşı hansısa dövlətin ikili standartlarla yanaşmasına təbii ki,pis baxıram,amma başa düşə bilmirəm ki,mən bu ölkənin vətəndaşı ola-ola bəzi məmurlar niyə bizə ikili standartlarla yanaşır?! Xahiş edirik bu məsələnin həllinə köməklik göstərəsiniz.
Mən bilmirəm kimin arxasında kim durur ki,biz öz halal haqqımızı ala bilmirik,amma biz inanırıq qanunun aliliyindən heç kim üstün ola bilməz,- Füzuli Quliyev də prezidentə müraciət edərək qanunların aliliyinin təmin olunmasında ondan kömək istəyir.
Füzuli Quliyev-(055) 642 42 69
Şiralı Əsgərov (050) 399 81 77
Dilavər Abdullayeva–(050) 560 30 74
TİA.AZ
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.