Sumqayıtda ilin ilk körpəsi dünyaya gəldi (FOTO)

Sumqayıtda ilin ilk körpəsi dünyaya gəldi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

Tribunainfo.az xəbər verir ki, 1 yanvar 2024-cü il tarixində saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 sm, çəkisi 2 kq 400 qr olub.Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Doğuş mama-ginekoloq Arzu Şıxvəlizadə tərəfindən uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.