Səməd Vurğunla Cəfər Cabbarlı Sumqayıtda, indiki “Şəhidlər xiyabanı” ərazisində dayanmışdılar. Onlar Xəzərin sahilində salınacaq böyük sənaye şəhəri ilə bağlı söhbət edir, buranın böyük zəhmət, hünər meydanına çevriləcəyini alqışlayırdılar… TİA.AZ bildirir ki, bu dialoq Nəbi Xəzrinin 1961-ci ildə yazdığı “Sumqayıt səhifələri” poemasında bədii dillə əks olunub
Maraqlıdır ki, sözügedən xəyali görüş səhnəsi SumqayItda reallığa çevrilib. Məhz həmin poetik görüş yerinin yaxınlığında xalq şairimiz Səməd Vurğunun və böyük dramaturqumuz Cəfər Cabbarlının adlarını daşıyan küçələrin kəsişdiyi , binaların birləşdiyi yerdə görkəmli ədiblərimizin xatirəsinə ithaf olunan kompleks inşa olunub.
.
Sumqayıt cavan şəhər oldundan onun tarixi abidələri elə də çox deyil.
Amma Sumqayıtda mədəniyyət abidələri sarıdan “korluq çəkmir” və şəhərdə ən məşhur “Göyərçin” abidəsində başqa da memarlq abidələri az deyil ki, onlardan da biri adıçəkilən abidədir. Kreativ oturacaqları olan bu ürəkaçan məkanı balaca istirahət yeri də adlandırmaq olar.
1970-ci ildə hazırlanan S.Vurğunla C.Cabbarlının “Poeziya guşəsi”ndə üz-üzə qorelyefləri, original və diqqəti çəkən xatirə kompleksidir. Şəhərin 5-ci mikrorayonunda .binalrın tinində yerləşən kompleksin ortasında “kitabda” Səməd Vurğunun şeirindən bir misra(Şirin bir xatirə tək qalacaqdır dünyada,Sevərək yaşayanlar, sevilərək ölənlər) və C.Cabbarlının (Ədiblərin fikri əsrləri qabaqlamalıdır) fikri həkk olunub.
Düzdür, mən deyirəm bu yer maraqlı yerdir,amma əslində buradan nə qədər adam keçir, ola bilsin çox az adam bu guşəyə diqqət edir . Amma fikirləşdim, yazım ”Sumqayıtı tanıyaq”…
İmran Kərimli