Sumqayıtda marketdə nöqsan aşkarlanıb.
Bu haqda Tribunainfo.az Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
AQTA-nın əməkdaşları şəhər ərazisində yoxlama aparıblar. Bu zaman Sahil küçəsində fəaliyyət göstərən “Grandmart” marketində Azərbaycan dilində markalanması olmayan məhsulların satıldığı müəyyən edilib.
Nöqsanın aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.