Sumqayıt şəhərində 25 yaşlı qız intihara cəhd edib.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü N.H yaşadığı mənzilin eyvanına çıxaraq, özünü 3-cü mərtəbədən yerə atıb. İntihara cəhd edən qadın ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumta görə, gənc qızın vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.