Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.
Hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyevə bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.