Sumqayıtda eyvan üzərinə eyvan tikildi – FOTObackend

Sumqayıtda eyvan üzərinə eyvan tikildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt şəhəri birinci məhəllədə yerləşən binalarda maraqlı mənzərə yaranıb.

Tribunainfo.az Ölkə.Az”-a istinadən xəbər verir ki, marağa səbəb olan bu məsələ mənzilin eyvanına yeni eyvanın əlavə olunması olub.Belə ki, daha əvvəl də eyvanın otağa çevrilməsi və mənzilin yuxarı mərtəbələrində artırmaların edilməsi ilə bağlı faktlar olsa da, artırmaya yeni eyvanın əlavə olunması yeni təcrübə olub

Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan binada artırma illər öncə aparılıb: “Yerində binaya baxış keçirilməsi və zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara bu barədə məlumat verilib”.