Sumqayıtda yerləşən daşınma şirkətinin bağlamaların çatdırılması xidmətində uzun müddət gecikmə müşahidə olunur. Bu haqda 7 iyul tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Şəhərin 10-cü mikrorayonunda (“Gold Qayalı” marketinin yanında) yerləşən “Kargo.az” daşınma şirkətinin bağlamaları 3 aya yaxın gecikdirməsi ilə bağlı şikayətlər daxil olub. May ayında sifariş olunan çox sayda və yüksək məbləğdə (2000 manata qədər) bağlamaların hələ də Türkiyənin anbarında qaldığı bildirilib. Məlumata əsasən, müştərilərə müxtəlif məbləğlərdə ziyan dəyib.
Hal-hazırda sayt və əlaqə nömrələri çalışmır.