Sumqayıtda çörəyin içərisindən çıxan naməlum maddə – Vətəndaş şikayəti cavabsız qalıb (FOTOLAR)

Sumqayıtda çörəyin içərisindən çıxan naməlum maddə – Vətəndaş şikayəti cavabsız qalıb (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Sumqayıtda çörəyin içərisindən naməlum maddə tapılıb. TİA.AZ bildirir ki,bu barədə Xeberle.com-a şəhər sakini Rauf Əlicanov məlumat verib. Onun sözlərinə görə, şəhərdə fəaliyyət göstərən mağazaların birindən zavod çörəyi alıb və çörəyi doğradıqda içərisində naməlum maddə aşkarlayıb. R.Əlicanov bu barədə ilk olaraq Sumqayıt şəhər Gigiyena va Epidemiologiya Mərkəzinə məlumat versə də, mərkəzdən bildirilib ki, bu işə artıq Qida Təhlükəsizlik Agentliyi baxır. Bundan sonra sakin agentliyin Sumqayıtda yerləşən laboratoriyasına gedib, lakin agentlikdən məlumat verilib ki, yoxlama üçün fəaliyyətə iyul ayının 1-dən etibarən başlanılacaq.
Məsələni araşdırmaq üçün Sumqayıt-Çörək ASC ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı. Buna baxmayaraq, bütün tərəflərin mövqeyini yayımlamağa hazırıq.