Sumqayıtda bu binanın sakinləri qorxu içində yaşayırlar -VİDEO

Sumqayıtda bu binanın sakinləri qorxu içində yaşayırlar –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər 16-cı məhəllə ərazisində yerləşən 3 saylı yataqxana qəzalı vəziyyətdədir.

Tribunainfo.az-ın məlumatına görə, binanın divarları çatlayıb, döşəmə çöküb, tavan isə qopub.

Sakinlərin sözlərinə görə, 50-ə yaxın ailənin yaşadığı yataqxanada vəziyyət  dözülməz həddə çatıb. Bina 1945-ci ildə tikilsə də, sonuncu dəfə 1990-cı illərdə təmir edilib.

Yataqxanın birinci mərtəbəsi əsl təhlükəyə çevrilib. İkinci mərtəbədə yaşayanlar binaya qorxa – qorxa daxil olurlar. Çünki binanın divarları ovulur, tavanı çökür.

Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, adıçəkilən yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında deyil. Ona görə də həmin ünvana xidmət göstərilmir. Tövsiyə olundu ki, problemlə bağlı vətəndaşlar Fövqəladə Hallar Nazirliyinə müraciət etsinlər.

Qeyd edək ki, ərazidə yaşayan sakinlər yataqxananın əvvəllər Super fosfat zavodunun balansında olduğunu bildiriblər. İndi isə həmin zavod fəaliyyətini dayandırıb.

Tribunainfo.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: