Sumqayıtda 53 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Tribunainfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
O, vurğulayıb ki, hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.