Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Tribunainfo.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Sadıqov Fikrət Sədirxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.