Sumqayıtda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Füzuli Qurban oğlu Yusifov şəhərin 6-cı mikrorayonunda yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.