Sumqayıtda qızıl oğrusu saxlanılıb.
ARB TV xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 21-də şəhər ərazisindəki evlərin birindən 210 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Müqbil Həşimov saxlanılıb.
Araşdırmalarla onun noyabrın 18-dən dekabrın 20-dək olan müddətdə şəhər ərazisində daha 4 evdən pul, qızıl və məişət əşyaları oğurladığı da müəyyən edilib.
Müqbil Həşimov – Saxlanılan şəxs: “Sumqayıtda mənzillərdən oğurluq etmişəm. 1-ci mərtəbələrdən edirdim. Telefon, fotoaparat, pul götürmüşəm, bir də qızıl. Qızılları aparıb satmışam”.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.