Sumqayıtda 3 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib.

 

Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza, Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Kamaz” markalı yük maşını magistrala çıxan inəyi vurub, bu zaman arxadan gələn “Mersedes” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.