Sumqayıtda 23 yaşlı qız itkin düşübbackend

Sumqayıtda 23 yaşlı qız itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 23 yaşlı qız itkin düşüb.

Bu barədə DİN-dən verilən məlumata görə, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu təxminən 162 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin

(018) 654-02-02; (018) 655-76-65 şəhər və

(077) 277-97-97; (050) 835-04-01; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.