Sumqayıtda qətl törədilib.
Tribunainfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün saat 12:30 radələrində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırmalar aparılır.
***
Sumqayıt Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, avqustun 9-u saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanaların birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.