Bu gün Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada 20 Yanvar Ümümxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.
Bu gün Sumqayıt şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada 20 Yanvar Ümümxalq hüzn günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə gimnaziynın direktoru əməkdar müəllimə Ayət Kərimova açaraq mərasimdə 20 yavar facəsi barədə məlumat verib. Qanlı yanvar haqqında xatirələrindən danışan A.Kərimova Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən söhbət açılıb.
Tədbirdə 20 Yanvar faciəsindən 27 il ötməsinə baxmayaraq, həmin hadisələrin hər kəsin yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırdılar. Natiqlər qeyd ediblər ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimələri Xankişiyeva Sevda və Qasımova Gülnarənin iştirakı ilə 6- ci sinif şagirdləri 20 yanvar şəhidlərimiz haqqında səhnəcik nümayiş elətdirdilər. Daha sonra tədbirdə 2-ci və 3-cü sinif şagirdləri vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirdilər.
Ümumxalq hüzn günü ilə əlaqədar başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nilufər