Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.
Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbul edəcək. “Şamaxı” hazırda turnir cədvəlində 17 xalla 9-cu pillədədir. 22 xala malik “Sumqayıt” isə altıncıdır.
Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-da başlayacaq. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.