Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib.
Sumqayıt sakini Qalib Namazov rəhmətə gedən atası üçün qeyri-adi ehsan verib.
TİA.AZ-ın oxu.az-a istinadən verdiyi məlumata görə, o, atası Hidayət Namazov üçün 40 mərasimi keçirməkdən imtina edib.
“40 mərasimi üçün yer icarəsi, qadın və kişi mollası, israfçı ehsan süfrəsini nəzərə alaraq, bunlardan imtina etdim. Əvəzində Kambocada ata-anamın adı ilə artezian quyusu qazdırdım”.
Qalib Namazov bildirib ki, quyunun üzərində tabloda valideyinlərinin adlarını yazdırıb.