Sumqayit şəhəri 29 saylı Təmir Tikinti Tresti Sumqayıt Regional Ədliyyə İdarəsi ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə trest Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, Sumqayit şəhəri 29 sayli Təmir Tikinti Tresti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.
İddia hakim Leyla Mirzəyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.