Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhər nümayəndəliyinin yaranmasının birinci il dönümü münasibətilə hesabat xarakterli toplantı keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb.
Toplantını QAİ Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov açıq elan edərək, QAİ İdarə Heyyətinin sədri, Millət vəkili Əziz Ələkbərlini və gələn qonaqları salamlayıb.
Nümayəndəliyin 1 illiyi ilə əlaqədar hesabatında R.İsmayılov görülən işlərdən, həyata keçirilən layihələrdən danışaraq əlavə edib ki, görülüən bu işlərdə icma üzvülüərinin fəallığı ilə yanaşı, dövlətimiznin o cümlədən də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcovun diqqət və qayğısını ötən müddət ərzində hiss etmişik. Nümayəndəliklə yerli icra orqanları arasında əlaqəli işlər qurulub. Nümayəndəlik üçün 4 otaqdan və 1 konfrans zalından ibarət tam şəraitli ofis verilib.
“Göstərilən diqqətin özü dövlətimizin Qərbi Azərbaycan mövzusuna nə qədər həssas yanaşdığını göstərən amildir. Nümayəndəlik olaraq biz də göstərilən etimadı dərk edərək, bir il ərzində müxtəlif səpkili işlər görə bildik. Görülən işlər arasında əsasən milli-mədəni birliyə nail olmaq, eyni zamnda intülüktual oyunlarla yanaşı, ölkə və dünya mediasında müsahibələr, açıqlamalar, məqalələr və keçirilən tədbirlər işıq üzü görüb.”-deyə R. İsmayılov fikirlərini tamamlayıb.
Hesabat dinlənildikdən sonra QAİ Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirilib.
Sonra Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, Əziz Ələkbərlitədbir iştirakçılarını salamlayaraq onlara İcmanın Sumqayıt şəhər nümayəndiliyinin nümunəvi olduğunu və bu nümunənin digər şəhər və rayon nümayəndəliklərində də tətbiq olunmasını deyib. Ə.Ələkbərli həm icma üzvlərinə, həm də tədbirdə iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə təşəkkür edərək, İcmanın Qayıdış Konsepsiyasının prinsiplərindən irəli gələn öhdəlikləri bütün resurslardan istifadə edərək yerinə yetirməyə davam edib. QAİ sədri İcmanın ən böyük uğurunun Qərbi Azərbaycan məsələsinin ümummilli məsələyə çevrilməsinə nail olmasını xüsusi vurğulayaraq, icmanın beynəlxalq müstəvidə əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Tədbirdə çıxış edən Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Ə.Ələkbərli başda olmaqla toplantı iştirakçılarına İcra başçısı Zakir Fərəcovun salamlarını çatdırıb. O, Qərbi Azərbaycan Icmasının Sumqayıt nümayəndəliyinin fəaliyyəti barədə danışaraq əlavə edib ki, Sumqayıt nümayəndəliyinin ofisi təkcə Qərbi Azərbaycanlıların deyil, həmçinin özünü Qərbi Azərbaycanlı sayan hər bir vətəndaşımızın ofisidir.
Sonra Milli Məclisin deputatı Müşviq Məmmədli çıxış edərək bildirib ki, Qərbi Azərbaycan ideyası milli ideya olduğundan bizim hamımız bu ideyaya sadiq olub, hər birimiz bu işə köməklik göstərməliyik.
Daha sonra Sumqayıt şəhər nümayəndəliyinin fəaliyyətində fəallıq göstərən, xüsusi xidmətləri ilə seçilən icma üzvləri təşəkkürnamə ilə təltif olublar.