“Sumqayıt” “Neftçi”yə qalib gəldi, 3-cü pilləyə yüksəldi-VİDEObackend

“Sumqayıt” “Neftçi”yə qalib gəldi, 3-cü pilləyə yüksəldi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasında 13-cü tur davam edir.

Tribunainfo.az xəbər verir ki, 2-ci oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başlayıb. Əvvəlcə “Neftçi” evdə “Sumqayıt”ı qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə “Sumqayıt” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Digər görüşdə isə “Sabah” “Turan Tovuz”un qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 13-cü tur

11 noyabr (şənbə)

16:30. “Neftçi” – “Sumqayıt” – 1:2 

Qollar: Ataa Caber, 35 (1:0),  Masaki Murata, 56 (1:1), Roi Kehat, 69 (1:2)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev

“Neftçi Arena”

19:00. “Turan Tovuz” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

Tovuz şəhər stadionu

12 noyabr (bazar)

16:30. “Zirə” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev

Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu

10 noyabr (cümə)

“Araz-Naxçıvan” – “Kəpəz” – 0:1

N Klublar O Q H M T-F X
1 Zirə 12 7 3 2 12-7 24
2 Qarabağ 12 7 2 3 28-11 23
3 Sumqayıt 13 6 3 4 14-14 21
4 Səbail 12 6 3 3 21-18 21
5 Araz-Naxçıvan 13 6 2 5 15-14 20
6 Neftçi 13 5 3 5 14-12 18
7 Turan Tovuz 12 4 3 5 19-15 15
8 Sabah 12 3 4 5 15-15 13
9 Kəpəz 13 2 3 8 7-24 9
10 Qəbələ 12 2 2 8 7-22 8

Bombardirlər:

Olavio Juninyo (“Qarabağ”) – 9 qol
Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol
Leandro Andrade (“Qarabağ”) – 4 qol
Orxan Əliyev (“Araz-Naxçıvan”) – 4 qol
Pedro Nuno (“Səbail”) – 4 qol
Otto Con (“Turan Tovuz”) – 4 qol