“Sumqayıt” “Neftçi” ilə heç-heçə etdi

“Sumqayıt” “Neftçi” ilə heç-heçə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

TİA.AZ xəbər verir ki, “Kapital Bank Arena”da “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gəlib.

FIFA referisi Rauf Cabbarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb. 84-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Elvin Məmmədovun penalti zərbəsini qonaq komandanın qapıçısı Aqil Məmmədov dəf edib.

Bu nəticədən sonra xalını 15-ə çatdıran “Sumqayıt” 1-ci, 14-cü xalını qazanan “Neftçi” isə ikinci pillədə qalıb.

Qeyd edək ki, turun ilk 2 qarşılaşmasında “Qəbələ” “Sabah”ı 2:1 hesabı ilə yenib. “Zirə” – “Səbail” görüşündə isə qalib müəyyənləşməyib – 0:0.

Tura saat 16:00-da başlanacaq “Qarabağ” – “Keşlə” matçı ilə yekun vurulacaq.