Sumqayıt icra başçısını müavinləri aldadır-İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcra başçısı fəhlələri və iş adamlarını necə aldadır?


 

İcra başçısı fəhlələri və iş adamlarını necə aldadır?

Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov barəsində ölkə mətbuatında çoxsaylı tənqidi yazılara rast gəlmək olar.Həmin yazılarda  icra başçısı dövlət tərəfindən Sumqayıt şəhərinə ayrılan pulları mənimsəməkdə ittiham olunur.Ələlxüsusus İcra başçısının Sumqayıt şəhəri ərazisində inşa etdirdiyi dənizkənarı Bulvarda işləyən fəhlələrin aylardan bəri qalan maaşlarının, sahibkarlardan nisyə götürülən küllü miqdarda inşaat materiallarının pullarının verilməməsi, dövlət tərəfindən ayrılan yüksək məbləğdə pulların mənimsənilməsi  faktları barədə müxtəlif saytlarda son zamanlar çox yazılıb.

 Xatırladaq ki,mətbuatda gedən yazılarda bildirilir ki,bulvarın tikintisində iştirak edən sahibkarlara  keçən il  icra hakimiyyətindən söz verilib  ki, Prezident açılışa gələndən sonra bütün pullar qəpiyinədək ödəniləcək. Hətta  keçən il sentyabr ayının 27-də Prezident bulvarın əsaslı təmiri üçün Zakir Fərəcovu medalla təltif edib. Açılışdan sonra pullarını tələb edən iş adamlarına və işçilərə  deyilib ki,  pullar iş adamı, “Azər-İnşaat-2009” MMC-nin direktoru  Müqayis Verdiyevə verib. Sonra isə  icra başçısı Müqayis Verdiyevı həbs etdirib.

 Məsələ ilə bağlı bu yaxınlarda  TİA.AZ-ın redaksiyasına maraqlı məlumatlar daxil olub.Belə ki, Sumqayıt Bulvarında işləmiş və pulunu ala bilməyən bir neçə fəhlənin TİA.AZ-a verdiyi   həmin məlumatlarda bildirilir ki, İcra başçısı Müqayis Verdiyevi həbs etdirdikdən sonra fəhlələrin əmək haqlarını ödənilməsi üçün 1 200 000 (bir milyon iki yüz min) manat pulu  köməkçiləri, Zakir Fərəcovun özü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə gətirdiyi Abşeron Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Adil Xudadatova  və Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimova verib.

Qeyd edək ki, daxil olan məlumatlara görə Abşeron rayonunda, xüsusən də Xırdalan şəhərində son dövrlərdə ucaldılmış binaların əksəriyyəti Adil Xudadatov un “xeyir-duası” ilə gerçəkləşib. Hazırda isə Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin müdiri olan Həsən Həsənlinin işini o aparır.

Məlumatda bildirilir ki, rəsmən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışsa da, şəhərdə bütün tikinti işlərinə Adil Xudadatov nəzarət edir.

Mənbənin  redaksiyamıza  verdiyi məlumata görə  pullar fəhlələrin əməkhaqlarının  ödənilməsi üçün nəzərdə tutulsa da ünvana çatmayıb. Pulun çəmi 100 000 ( yüz min )manatı işçilərə paylanılıb, qalan hissəsini isə Adil Xudadatov  və Faiq  Kərimov mənimsəyib.

Adil  həmin yeyinti sayəsində ümumilikdə 9 ev alıb .

Qalan məbləği isə dediyimiz kimi müavini Faiq  Kərimov götürüb.

Deyilənə görə bu məlumatdan xəbər tutan  ,gördükləri işin müqabilində  pulları verilməyən iş adamları  “Fəhlələrə borc 300 000 olduğu halda necə olur ki, icra başçısı köməkçilərinə  1 200 000 (bir milyon iki yüz min manat) pul  verib?!”,-deyə təəcüblərini gizlətməyiblər.

Mənbənin dedyinə görə ilk gündən Zakir Fərəcovu öz adamları aldadıb. Bu səbəbdən iş adamlarının Sumqayıt İcra başçısı ilə görüşmələri üçün  müavinləri  mümkün qədər imkan vermirlər,buna elə də şərait yaratmırlar.

Əgər keşmişə də nəzər salsaq məlum olar ki, Adil Xudadatovun Zakir Fərəcovu aldatması ilk hal deyil.Belə ki,deyilənə görə Adil Xudadatov Abşeron Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olan zaman da  Abşeronda  icra başçısı olan  Zakir Fərəcovu aldadaraq  3 milyon manat pulunu almışdır və nəticədə aralarında mübahisə yaranmışdır.

 Adil Xudadatov sonra pulu hissə -hissə geri qaytarmışdır. Sumqayıt  Bulvarı  keçən il sentyabrın 29-da  təhvil verilməsinə baxmayaraq hələ də fəhlə və iş adamları halal pullarını ala bilməyib. 1 ildən artıqdır ki, onlar müxtəlif instansiyalara,  Prezident Aparatına belə şikayətə getsələr də onların səsinə səs verən yoxdur.

Bildirilir ki, iş adamları ilə görüş zamanı Faiq  Kərimov  və  Adil Xudadatov icra başçısının adından istifadə edərək iş adamlarından pul yığırmış ,pulları olmadıqda  isə  sahibkarlardan istifadə edərək  şəxsi evlərini təmir etdirirmiş. Məlumata görə təkcə 11 iş adamından 500 000 manat pul alınıb.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

TİA.AZ