Sumqayıt Dövlət Dram Teatrı Bakıda Aktyor evində çıxış edib- FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrı Bakıda Aktyor evində çıxış edib- FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrı “Qonaq teatr” layihəsi çərçivəsində Bakıda Aktyor evində çıxış edib.

Dramaturq Əli Əmirlinin akyor taleyindən bəhs edən “20 ildən sonra” əsərinə teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov quruluş verib.

News365.az xəbər verir ki, öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşən layihənin uğurla davam etdiyini vurğuladı, Sumqayıt teatrını özünə doğma saydığını dedi, Sənət ocağının son illər maraqlı tamaşalarla çıxış etdiyini qeyd etdi.

Sonra tamaşa göstərildi. Rollarda Əməkdar artistlər Rauf Ağakişiyev, Cəlal Məmmədov, İlahə Səfərova, Xatirə Süleymanova, aktyorlar Mətləb Səfərli, Kamran Muradlı, Məryəm Hüseynli, Etibar Əmirov çıxış etdi.

Tamaşadan sonra ATXİ-nın sədri tamaşanın müəllifi Əli Əmirliyə  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  Azərbaycan Teatr Xadimləri İttifaqının  birgə təşkilatçılığı ilə keçirdiyi  “Qonaq teatr” layihəsində

Sumqayıt Dövlət Dram Teatrının “20 ildən sonra” orijinal ədəbi materiala görə  fəxri fərman təqdim etdi.

Əli Əmirli layihənin təşkilatçılarına və Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi  və yaradıcı kollektivinə minnətdarlıq bildirdi.