Sumqayıt camaatı iş üçün niyə Bakıya axışmalıdır? – Jurnalistbackend

Sumqayıt camaatı iş üçün niyə Bakıya axışmalıdır? – Jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün sumqayıtlıları sevindirən iki xəbər yayılıb. Biri 16 sentyabrdan Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırılır. Digəri isə bu həftənin sonundan etibarən “Azadlıq” metrostansiyasından Sumqayıta, Sülh küçəsinə 123 nömrəli marşrut xətti üzrə gündəlik 15 avtobus hərəkət edəcək. Yaxşı fikirdir, ancaq bu problemi kökündən həll etməyəcək.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Sumqayıt sakini olan jurnalist Natiq Cavadlı yazıb. Onun fikrincə, yol problemini həll etməklə yanaşı həm də Sumqayıtda iş canlanması yaratmaq, iş yerləri açmaq lazımdır:

“Sumqayıtlıların paytaxta iş arxasınca getməsinin qarşısı alınmalıdır. Zaman vardı boru-prakat zavodunda 9 min adam işləyirdi, indi heç 90 nəfər də yoxdur. Niyə Sumqayıt sakinləri iş üçün Bakıya axın etməlidir ki? Məhz buna görə Bakı-Sumqayıt yolunda şənbə günləri də tıxac olur”.

Nigar