Bütün 525 nömrəli avtobus tipli köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov deyib.
O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib.
“Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.
Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır”.