Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.
Tribunainfo.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir.
Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.
Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.