Sümbülə Əliyeva ilə bağlı qərar verildibackend

Sümbülə Əliyeva ilə bağlı qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, həbsdə olan Sümbülə Əliyevanın ev dustaqlığına buraxılmasınş istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra hakimlər dəyişdiyi üçün məhkəmə istintaqı yenilənib.

Sümbülə Əliyeva hakimlərə etirazla bağlı vəsatət vermək üçün məhkəmədən vaxt istəyib.

Prosesi aprelin 22-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sünbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Onu da qeyd edək ki, Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub.

 

APA