Sümbülə Əliyeva azadlığa buraxıldı

Sümbülə Əliyeva azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 saylı Hüquq Məsləhətxanasının mənimsəmədə ittiham olunan sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

S.Əliyeva verilmiş ittihamla təqsirli bilinib. Lakin məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

S.Əliyeva məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. O, əvvəl azadlıqda olsa da, məhkəmədən yayındığı üçün həbs edilib. Prokuror ona 4 il həbs cəzası tələb etmişdi.