SÜLHÜN ALTERNATİVİ YOXDUR – ZAXAROVA

SÜLHÜN ALTERNATİVİ YOXDUR – ZAXAROVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva üç ölkənin xarici işlər nazirlərinin dünən keçirilən görüşündə İrəvan və Bakı ilə razılaşdırılan təmasların yaxın aylarda da davam edəcəyini gözləyir”.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.

“Rusiya üçün iki qardaş xalqın barışması prosesi humanitar sahəni də əhatə etməlidir.

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Ermənistan və Azərbaycanın dəstəyi ilə cəmiyyət nümayəndələri, ekspert icmaları, dini liderlər arasında dialoqun davam etdirilməsi üçün müsbət atmosferin yaradılması vacibdir. iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədi ilə üçtərəfli parlamentlərarası təmasları təşviq etməkdir”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, “Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək asan deyil, lakin sülhün alternativi yoxdur”.