Bu gün Rusiya və Qarabağdan 41 erməni Rusiya sülhməramlıları tərəfindən Qarabağdan Ermənistana köçürülüb ki, bu da iyunun 14-dən bəri ilk haldır.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Rusiya vətəndaşları uzun müddətdir ki, onların köçürülməsini gözləyirlər. Sülhməramlılarla əldə olunan ilkin razılığa əsasən, yaxın günlərdə tələbələrin və Rusiya vətəndaşlarının köçürülməsi davam etdiriləcək.
Qeyd edək ki, hazırda Ermənistanda yüzlərlə vətəndaş Qarabağa qayıtmağı gözləyir, 333 nəfər təcili və planlaşdırılmış sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq Qırmızı Xaç vasitəsi ilə Ermənistana köçürülməyi gözləyir.