SÜLHMƏRAMLILAR NİYƏ 10 YENİ POST YARATDI? – DETALLAR

SÜLHMƏRAMLILAR NİYƏ 10 YENİ POST YARATDI? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlıları yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün Qarabağda on post yaradıblarsa, deməli, ermənilərin qayıdışına ümid edirlər. Avropa Şurası Nazirlər Komitəsi və Avropa İttifaqı nümayəndə heyəti də bəyanatda eyni arzunu ifadə edib. Onlar ermənisiz Qarabağı təsəvvür etmirlər, çünki bu halda bölgədə təsir imkanlarını saxlamaq cəhdləri puç olur. Ona görə ermənilərin bir qismini geri qaytarmaq ssenarisi işə düşə bilər. Lakin Azərbaycanın da aydın şərtləri var. Bunu da unutmasınlar. Tribunainfo.az-a danışan ekspert Ramiyə Məmmədova 10 post yaradılmasını belə şərh edib. Siyasi təhlilçi hesab edir ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün beşi Azərbaycanla birgə olmaqla on post yaradılması işin rəsmi və texniki tərəfidir. Onun sözlərinə görə, prosesin siyasi üzü regionda erməni faktorunu mövcud etməkdir. Ekspertin fikrincə, ermənisiz Qarabağ Cənubi Qafqazla bağlı planları suya düşürür. Odur ki, Qərb və Rusiya bu məsələdə mismarı bir yerə vura bilər.