Rusiya Cənubi Qafqazda iqtisadi doktrina ilə qalmağı strategiya olaraq müəyyənləşdirib. Tribunainfo.az yazır ki, artıq hərbi mövcudluq bugünkü reallıqlarla səsləşmir. Rusiya regionda təsirlərini saxlaya bilmək üçün indi yeni doktrina elan edib. Bu da iqtisadi platformadır. Çünki sanksiyalar ona yeni marşrutlar açmağı diktə edir. Zəngəzur koridoru, dəmiryol xətlərinin bərpası Rusiyanın bölgədə yeni iştirak forması olacaq. Bu səbəbdən sülhməramlı qüvvələr ərazilərimizi tərk edir və onların olması Kremlə də lazım deyil. Dünya və şərtlər dəyişir.
Rus sülhməramlıların sayı bölgədə sürətlə azalır. Ermənipərəst ekspert Modest Kolerov deyib ki, Rusiya qısa müddətdə Qarabağdan gedəcək:
“Rusiya artıq Cənubi Qafqazda məsuliyyət daşıdığı ərazini müəyyənləşdirib. Bu, Abxaziya və Cənubi Osetiya ilə məhdudlaşacaq”.