Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında indi ancaq hüquqi sənədə görə qalıb. Sülhməramlıların sənədə əsasən Azərbaycandan getməsinə çox az müddət qalıb. Hesab edirəm ki, biz bu müddət ərzində onlardan hər hansısa formada istfadə etməliyik.
Bu sözləri Tribunainfo.az-a deputat Vüqar İskəndərov Rusiya sülhməramlıları ilə bağlı danışrkən deyib. O bildirib ki, nların buradan getmə müddəti hüquqi sənədə əsasən 2025-ci ildə bitir və bu sənəd hüquqi sənəddir, buna qanun çərçivəsində yanaşılmalıdır:
“Azərbaycan Rusiya tərəfi ilə sülhməramlıların indiki durumu, vəziyyəti və fəaliyyəti ilə bağlı mütəmadi müzakirələr aparır. Həm Azərbaycan, həm Rusiya rəsmiləri də bununla bağlı dəfələrlə açıqlamalar veriblər ki, zamanı gələndə bununla bağlı qərar veriləcək. Biz bilirik ki, 2025-ci ilin bitməsinə yarım il qalmış bu məsələyə yenidən baxılacaq. Həmin vaxt bizim maraqlarımız nəyi tələb edirsə, mövcud situasiyaya əsasən qərar verəcəyik. Çünki bu qərar bizim əlimizdədir və yekun sözü də biz deyəcəyik.
Hüququ baxımdan qiymətləndirsək, sülhməramlıların hazırda fəaliyyəti fəaliyyətsizlikdən ibarətdir. Ancaq bilirsiniz ki, Azərbaycan tərəfi sülhməramlıların fəaliyyətinin digər hissəsi olaraq minatəmizləməyə cəlb olunmasını təklif etmişdi. Azad olunmuş torpaqlarda mina basdırılmış ərazilər həddən artıq çoxdur. Hələ bu ərazilərdə uzun müddət təmizlənmə işləri aparılmalıdır. Bunu Azərbaycan öz gücünə edir və bu da təbii ki, vaxt aparan prosesdir. Onların minatəmizləmə prosesində dəstək vermək üçün işə cəlb olunması ağıllı addımdır.
Sülhməramlıların sənədə əsasən Azərbaycandan getməsinə çox az müddət qalıb. Hesab edirəm ki, biz bu müddət ərzində sülhməramlılardan hər hansısa formada istfadə etməliyik”.