SÜLHMƏRAMLILAR 2030-CU İLƏDƏK QALA BİLƏR – SEPARATİZM XORTLAYIR?

SÜLHMƏRAMLILAR 2030-CU İLƏDƏK QALA BİLƏR – SEPARATİZM XORTLAYIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülhməramlıların səlahiyyət müddəti 2030-cu ilə qədər uzadılsa, Qarabağda separatçılığın gələcəkdə yenidən zühur etmə ehtimallarını artırır.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Rusyanın sülhməramlıları 2025-ci ilə qədər Qarabağda saxlamaqda məqsədi var:

“Rusiya “reinteqrasiyaya töhfə” adı altında Azərbaycanda qalmaq istəyir. Həmçinin 2025-ci il Azərbaycanda prezident seçkiləri baş verəcək. Putin rəsmi Bakının başının daxili işlərinə qarışacağını bildiyi üçün 2025-ci ilə qədər sülhməramlıların Qarabağda saxlayacaq.


Qərb və ABŞ regionda müxtəlif adlarda missiyaların gəlməsini, habelə təhlükəsizlik tədbirləri çərçivəsində BMT hərbi missiyanın Qarabağa gəlməsini istəyir. Rusiya 2025-ci ilə qədər bu tələblərin artacağını bilir və buna görə də sülhməramlıların həmin vaxta qədər Qarabağda qalmasını istəyir.
2025-ci ilə qədər Rusiya sülhməramlıların say tərkibini artıra bilər. Azərbaycanın bununla razılaşma ehtimalı var. Hər halda beynəlxalq hərbi kontingentin Qarabağa gəlməsindənsə Rusiya sülhməramlılarının Qarabağda qalması Bakı üçün daha məqbuldur.
Ancaq onların səlahiyyət müddəti 2030-cu ilə qədər uzadılsa, Qarabağda separatçılığın gələcəkdə yenidən zühur etmə ehtimalı var”.