Sülhməramlılar 2025-də getməsə… – Hüquq müdafiəçisi detalları açıqladıbackend

Sülhməramlılar 2025-də getməsə… – Hüquq müdafiəçisi detalları açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 5 il tamam olmamış bir antiterror əməliyyatı ilə rus sülhməramlılarının işini əhəmiyyətsiz etdi. Rusiya da başa düşür ki, rus qoşunları Qarabağda lazım deyil. Lakin qalmaq üçün bəhanələr, yeni yollar axtarışı davam edir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib. O qeyd edib ki, Rusiyadan başqa Fransa və ABŞ da ermənilərin Qarabağda yenidən məskunlaşmasında maraqlıdır:


“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Kremlin istəklərini ifadə edərək Qarabağ ermənilərinə çağırış etdi ki, qayıtmaq istəyənlərə sülhməramlılar kömək etməyə hazırdır. Ermənistan hökumətindən və köçüb gedən əhalidən soruşan yoxdur ki, özlərini qayıdışa həvəslidirmi.

Lavrovun müavini Rusiyanın maraqlarını irəli çəkərək Qarabağda erməni faktorunun mövcudluğunu önəmli sayır. Bu halda “erməni kartı” üzərindən regionda yeni oyunlar qurmaq, təsir imkanı saxlamaq mümkün olacaq, eləcə də sülhməramlı qoşunların qalma müddətini uzatmaq üçün bəhanə yaranacaq”.

X.Teyyublu bildirib ki, bizi çətin 2025 sınağı gözləyir:

“İqtidar həm də bu prosesi gördüyü üçün seçkini qabağa çəkdi. Əgər gələn il keçirilsəydi, Kreml qoşunlarını Qarabağda saxlamaq üçün Bakıya seçki dövründə sıxma-boğma edəcəkdi”.

Roman