“Sülh yaxşı şeydir, amma dilənçiliklə verilmir. Bunu İran və İsrail sübut etdilər”.
Tribunainfo.az xəbər verir ki, bunu ekspert Suren Sarkisyan deyib.
O bildirib ki, Ermənistan hökuməti faktiki olaraq sülh üçün dilənçilik edir. “Onlar Azərbaycanın davranışlarına baxsınlar. Görsünlər ki, sülh necə istənilir. Daha hökumət kimi, boyun əyib, qapı-qapı düşüb əl açmasınlar”.
Sarkisyan daha sonra deyib ki, sülhə nail olmaq üçün ən azı uzun və çətin yoldan keçmək lazımdır. “Biz də 2020-ci ildə atəşkəsə nail olmuşuq, lakin sülh erası hələ görünmür”.
Fərda Uğur