Sülh sazişi Rusiya çökəndə imzalanacaq – erməni ekspertbackend

Sülh sazişi Rusiya çökəndə imzalanacaq – erməni ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hakimiyyət orqanları və Qərb tərəfdaşlarının Sülh Sazişinin demək olar ki, hazır olması və yaxın gələcəkdə imzalana biləcəyi ilə bağlı nikbin bəyanatları skeptisizm yaradır”. Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Tatul Mkrtçyan deyib.
O iddia edib ki, Sülh Müqaviləsi imzalanandan sonra Moskvanın regiondakı rolu sıfıra enəcək. “Bunu hətta danışıqlar zamanı da görmək olar”.
Mkrtçyan bildirir ki, Rusiya iki ölkə arasında sülh sazişinin imzalanmasında nəinki maraqlı deyil, həm də əleyhinədir. “Moskva Ermənistandan dəhlizi qoparmaq iqtidarında olana qədər bu proses davam edəcək”.
Erməni ekspert onu da iddia edir ki, Azərbaycan da sənədi imzalamaqda tələsmir. “Bakı daha çox güzəşt qoparmaq üçün çalışır. Azərbaycanın hazırda əsas hədəfi Tavuşdakı 4 kənddən sonra Zəngəzur Dəhlizinin açılmasına nail olmaqdır”.
Mkrtçyan sonda qeyd edib ki, sülh sazişi iki halda bağlana bilər: “Ermənistan və Azərbaycan müstəqil olmaq istəyəndə, rus buxovlarından qurtulanda və ya Rusiya müharibəni uduzduqda, təslimiyyət imzalayanda, onun bəndlərindən biri onu bölgəni tərk etməyə məcbur edəcək. Bu günə kimi bu şərtlərin hər ikisi yerinə yetirilməkdən uzaqdır. Moskva kapitulyasiyaya imza atmaq və regional ambisiyalarından əl çəkmək niyyətində deyil”.