“Sülh sazişi noyabrın sonu Astanada imzalana bilər”

“Sülh sazişi noyabrın sonu Astanada imzalana bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda nəşr olunan nüfuzlu “İravunk” qəzeti son zamanlar Azərbaycan və Ermənistan arasında artan danışıqların real nəticə verə biləcəyi barədə yazıb. Tribunainfo.az xəbər verir ki, bu hərəkətlilik fonunda qəzet sülh müqaviləsinin harada imzalanacağını da təxmin etməyə çalışıb.

Erməni nəşri yazır ki, Bakı və İrəvan qarşılıqlı olaraq, sülh müqaviləsinin nə Moskva, nə də Avropada bağlanmasına tərəfdar deyillər. “İrəvan Moskvanı seçmir, Bakı isə Qərb platformasını. Ona görə də, məsələ açıq qalıb. COP29-da isə belə bir sənədin imzalanması perspektivi getdikcə aşağı düşür”.

“İravunk” hesab edir ki, ən optimal məkan Aastanadır. Qəzet Qazaxıstanın son zamanlar Bakı ilə İrəvan arasında münasibətləri tənzimləmək üçün fəallıq göstərməsi, üstəlik, Astanada görüşü təşkil edərək, müqavilənin imzalanması üçün lazım olan hər şeyi etməyə hazır olmasını bildirməsini bunun əyani nümunəsi kimi qeyd edir. “Çox güman ki, noyabrın sonunda sülh müqaviləsi Qazaxıstanda imzalanacaq. Buna nə Bakı, nə İrəvan, nə də Moskva etiraz etməyəcək. Heç Qərbin də ciddi etiraz edəcəyi gözlənilmir”.