“Ermənistan hakimiyyəti ümid edirdi ki, Azərbaycan qoşunları sərhədin demarkasiyası nəticəsində Ermənistan ərazilərini tərk edəcək”. Tribunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi deputat Artur Xaçatryandır.
Onun sözlərinə görə, Irəvan hökumətinin bu gözləntiləri özünü doğrultmayacaq. Xaçatryan qeyd edib ki, Azərbaycan Ordusu lazım olan yüksəkliklərə yerləşib və oradan çıxmayacaq.
Erməni deputat Bakı və İrəvan arasında gözlənilən sülh müqaviləsini də tənqid edib. “Bu gün müzakirə olunan sənəd Ermənistanın əsarət altına alınması üçün təslim müqaviləsidir. Ermənistanı müstəqillikdən və azadlıqdan məhrum etmək Ermənistanın ərazi bütövlüyünə təhlükədir”.
Xaçatryan sonda onu da deyib ki, sülh sazişində təhlükəli maddələrin sayının artacağından ehtiyat edir.
P.S. Erməni deputat və onun ağlında olan digərləri hələ də anlamaq istəmilər ki, Azərbaycan Ordusu bir qarış da olsun Ermənistan ərazisinə girməyib. Əksinə, sovet dövründə mövcud olmuş sərhədlərimizi bərpa ediblər.