Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyəyə rəsmi səfər edəcək.
Tribunainfo.az xəbər verir ki, onun səfərinin əsas məqsədi kimi iki ölkə arasında münasibətlərin normallaşdırılması göstərilir.
Lakin “Hraparak” qəzeti təkcə normallaşma deyil, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də müzakirə mövzusu olacaq. Erməni nəşri baş nazir Nikol Paşinyanın sülh sazişinin imzalanması üçün iki təklifinin olduğunu da qeyd edib. Qəzet yazır ki, o, Azərbaycanla sülh sazişini iki şəhrdən birində imzalamağa hazır olduğunu açıqlayacaq.
Belə ki, təklif edilən yerlərdən biri ABŞ-ın paytaxtı Vaşinqtondur. Erməni tərəfi sentyabr ayında bu şəhərdə sazişə imza atmağa hazır olduğunu bildirib. İkinci yer isə BƏƏ-ni paytaxtı Dubaydır. Burada sazişin bağlanması üçün dekabr ayı münasib hesab edilir.
Fərda Uğur