“SÜLH SAZİŞİ BU PROBLEMLƏRİN HƏLLİNDƏN SONRA İMZALANACAQ”backend

“SÜLH SAZİŞİ BU PROBLEMLƏRİN HƏLLİNDƏN SONRA İMZALANACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti, daha sonra İtaliya mediasına müsahibəsində dedikləri Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğu göstərir.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, Nikol səhər başqa, axşam başqa söz deyir və beləcə prosesi uzada biləcəyi düşünür:

“44 günlük müharibədən ötən üç il ərzində baş verənlərdən çıxan nəticə də artıq qətiləşib: Bakı Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə” iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları dəfn etmədən nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək”.