Sülh Platformasından Vahan Martirosyanla bağlı – Bəyanat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan Sülh Platforması Vahan Martirosyanla əlaqədar bəyanat verib. 

Ermənistan-Azərbaycan Sülh Platforması Vahan Martirosyanla əlaqədar bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verdiyi məlumata görə, bəyanatda təəssüf hissi ilə qeyd edilir, dəfələrlə təqiblərə məruz qalan Vahan Martirosyan vətənini tərk etməyə məcbur olaraq Ukraynaya köçəndən sonra da öz sülhquruculuq ideyalarını davam etdirib.

Lakin öz hakimiyyətlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzərində quran, beynəlxalq normaların və prinsiplərinin bu münaqişəyə tətbiq olunmasına qarşı olan və mövcud status-kvonun qorunmasında maraqlı olan bir qrup cinayətkar Vahan Martirosyanı Ukraynada da tapıb:

“İşğalçılıq siyasətini davam etdirən və iki dövlət arasında sülh istəməyən şəxslərin təzyiqlərinə dözməyən Vahan Martirosyan Sülh Platformasına qarşı videomüraciət ünvanlayıb. Müraciətdə dəfələrə Avropa İnstitutlarının və Beynəlxaq təşkilatların adlarının çəkilməsi, Ermənistan-Azərbaycan Sülh Platformasının bu qurumlarla əməkdaşlığın qurulması, iki xalq arasında sülhün bərqərar olmasını istəməyən şəxsləri narahat etməsinin bariz sübutudur. Avropa Parlamentarilərin regiona səfəri və Sülh Platformasının Avropa İttifaqının proqramlarında iştirakı təşəbbüsünün dəstəklənməsi sülhün düşmənlərini narahat etməyə başladı. Həmin problemlə bir zaman platformaya qoşulduğunu bəyan edən Ukraynanın erməni əsilli deputatı Armen Şaxaryants üzləşmişdi. Onun Sülh Platformasına qoşulması ermənilər tərəfindən böyük maraqa səbəb olardı. Lakin təzyiqlər nəticəsində bunun reallaşması mümkün olmadı. Oxşar hadisələr Sülh Platformasının fəaliyyəti boyu daim müşaiyyət edib. Xankəndidə yaşayan gənc yazar Lusine Nersisyanın təzyiqlər altında Sülh Platformasından uzaqlaşması və bir çox digər erməni aktivistlərin özlərinin bildirdikləri kimi qorxu altında “Ermənistan-Azərbaycan Sülh Platforması”-na qoşulmaqdan ehtiyyat etmələri, lakin daim bizə dəstək olmalarını misal kimi göstərmək olar”.

Sülh Platformasının bəyanatında vurğulanıb ki, sülh quruculuğu çətin, cəsarətli və qurbanlar tələb edən fəaliyyətdir: “Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, Vahan Martirosyana Ermənistan güc strukturlarının etdiyi total təzyiqdən sonra onun sülh quruculuğu prosesində iştirak edə bilməyəcəyini anlayırıq və Martirosyana bu çətin yolu bizim ilə getdiyi üçün təşəkkürümüzü bildiririk. Bu bir daha göstərir ki, Sülh Platformasına artan beynəlxalq dəstəkdən narahat olanlar, regionda sülhü istəməyən qüvvələr, erməni ve Azərbaycan xalqlarının dinc və yanaşı yaşamasını öz mövcudluqlarına təhlükə hesab edənlər, Sülh Platformasına qarşı təzyiqləri artırıblar. Erməni və Azərbaycan xalqının sülhsevər nümayəndələri bu kövrək təşəbbüsə qarşı çıxanlarla etiraz əlaməti olaraq bu prosesə daha yaxından dəstək verməlidir. Beynəlxalq təşkilatlar da Sülh Platforması ilə əlaqələri gücləndirərərək, xalqlar arasında inam və etimadı yaratmaq üçün yaradılmış bu unikal imkanı düzgün qiymətləndirməlidilər. Bu səbəbdən də, biz, öz növbəmizdə, yaranmış situasiyanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, regionda sülhün bərqərar olmasını istəyən beynəlxalq təşkilatları əməkdaşlığa və yardıma çağırırıq ki, vahid çətir altında olan fəaliyyət istər erməni istərsə də azərbaycanlı üzvlərin təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə töhfə vermiş olsunlar. Ermənistan-Azərbaycan Sülh Platforması bundan sonra daha əzm və fədakarlıqla iki xalqın barışması, münaqişənin sülh yolu ilə həlli üçün çalışacaq və işini davam etdirəcək”