“Sülh planının 20 bəndi hazırdır” – Zelenski

“Sülh planının 20 bəndi hazırdır” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun 20 bəndlik sülh planı hazırladığını bildirib.

Tribuna.az xəbər verir ki, Ukrayna lideri bu haqda Dublində İrlandiyanın Baş naziri Maykl Martin ilə birgə mətbuat konfransı zamanı danışıb.

“Bu gün nümayəndə heyətimiz İrlandiyaya toplaşıb, o, ABŞ prezidentinin komandası ilə ABŞ-də görüşlərdə olub. İndi Cenevrədə işlənib hazırlanmış 20 bənd var ki, Floridada yekunlaşdırılıb. Mənim fikrimcə, bəzi şeylərin üzərində hələ də işlənməlidir”, – Zelenski qeyd edib.